Araz çayında qanunsuz qazıntı iddiaları ilə bağlı ADSEA-dan AÇIQLAMA


İmişli rayonu ərazisində “Türkaz” MMC tərəfindən Araz çayının məcrasında qanunsuz qazıntı işlərinin aparılması ilə bağlı yayılan iddialar araşdırılıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.
Bildirilib ki, əraziyə yerində baxış keçirilib və qum-çınqıl hasilatının aparıldığı sahənin Araz çayının su mühafizə zonasının hüdudlarından kənarda yerləşdiyi müəyyən edilib.
Araşdırma zamanı sosial şəbəkələrdə yayılan videogörüntülərdəki sututarın da Araz çayı ilə hidroloji əlaqəsinin olmadığı üzə çıxıb. Qeyd olunub ki, həmin süni gölməçə əvvəlki illərdə ərazidə aparılmış qum-çınqıl hasilatı nəticəsində yaranan çökəkliklərdə qrunt sularının toplanması hesabına formalaşıb.
Xidmətin məlumatına görə, 2025-ci ildən etibarən mərkəzi icra hakimiyyəti orqanlarının iştirakı ilə yaradılmış komissiyanın tədbirləri nəticəsində ərazidə qanunvericiliyin tələblərinə zidd fəaliyyət göstərən 30-dan artıq qum-çınqıl karxanasının fəaliyyəti dayandırılıb, hasilat avadanlıqları isə ərazidən götürülüb.
