Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və QHT-lərə Dövlət Dəstəyi Agentliyi görüşüb


5 mənbə əsasında
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin nümayəndə heyəti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi ilə görüş keçirib. Agentliyin inzibati binasında baş tutan tədbirdə vətəndaş cəmiyyətinin inkişafı, dövlət dəstəyi mexanizmləri və Gəncədə keçirilmiş QHT Forumu ətrafında müzakirələr aparılıb. Agentliyin sədri Aygün Əliyeva rəqəmsallaşma və "bir pəncərə" sistemi barədə məlumat verib. AQC sədri Vüqar Oruc isə qurumun beynəlxalq əlaqələri və həyata keçirdiyi layihələrdən danışıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
AQC nümayəndə heyəti QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi arasında görüş keçirilib. Agentliyin inzibati binasında baş tutan görüşdə İdarə Heyətinin sədri Aygün Əliyeva, sədr müavini Elnur Bağırlı, baş məsləhətçi-hüquqşünas Cəlal Abdullayev, AQC-nin İdarə Heyətinin sədri Vüqar Oruc, müşavirlər Asif İbrahimov və Nazim Şükürov, İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Orxan Əli və QHT-lərlə əməkdaşlıq üzrə koordinator Fatimə Həsənova iştirak ediblər. Görüşdə vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin institusional imkanlarının genişləndirilməsi, dövlət dəstəyi mexanizmləri və Gəncədə keçirilmiş QHT Forumu ətrafında fikir mübadiləsi aparılıb. Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva çıxışında QHT sektorunun inkişafı, dövlət dəstəyi proqramlarının əhəmiyyəti, ictimai təşəbbüslərin təşviqi və Agentliyin qarşıdakı fəaliyyət istiqamətləri barədə danışıb. O, həmçinin tətbiqi nəzərdə tutulan “bir pəncərə” sistemi və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində görülən hazırlıq işləri barədə məlumat verib. AQC-nin İdarə Heyətinin sədri Vüqar Oruc Cəmiyyətin fəaliyyəti, həyata keçirdiyi layihələr, qiymətləndirmə sektorunun inkişafı və beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumat verib. Cəmiyyətin IVSC, TEGoVA və Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası (CAATS) çərçivəsində beynəlxalq təmsilçiliyi xüsusi qeyd olunub. Görüşdə AQC-nin gələcək layihələri, onların dövlət dəstəyi mexanizmləri çərçivəsində reallaşdırılması imkanları və əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər də müzakirə olunub, ölkədə QHT sektorunun inkişaf etdirilməsi ilə bağlı birgə əməkdaşlıq razılaşdırılıb.
Tam oxu Hərbi And saytındaDərc vaxtına görə
