“Apple” genişmiqyaslı nasazlıqdan sonra xidmətlərinin fəaliyyətini bərpa edib


“Apple” şirkəti “iCloud”, “App Store”, “Apple Music” və digər xidmətlərində yaranan genişmiqyaslı nasazlığı aradan qaldırıb.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, noyabrın 17-də baş verən problem istifadəçilərin hesablara daxil olmasına, bulud xidmətlərindən və bəzi tətbiqlərdən istifadəsinə mane olub.
Şirkət nasazlığın kiberhücumla deyil, daxili proqram təminatı yeniləməsi ilə əlaqədar yarandığını bildirib.
1 mənbə
