Ankara Keçiörengücü İstanbuldan 3 xalla döndü!
İzmedia.azAdmin


1-ci Liqanın 15-ci həftəsində “İstanbulspor” və “Keçiörengücü” komandaları üz-üzə gəlib.Esenyurt Necmi Kadıoğlu Stadionunda keçirilən qarşılaşmada qonaq komanda 1-0 hesabı ilə qalib gəlib.
izmedia.az xəbər verir ki, paytaxt komandasına qələbə gətirən yeganə qolu 19-cu dəqiqədə penaltidən İbrahim Akdağ vurub.
Bu nəticədən sonra "Keçiörengücü" xalını 26-ya yüksəldib, "İstanbulspor" isə 8 xalda qalıb.
