Andreev: "Batrakov Avropada Rusiya futbolunun ən yaxşı təbliğatçısıdır"


Rusiyanın tanınmış futbol mütəxəssisi Dmitri Andreev Aleksey Batrakovun "Qalatasaray"dakı çıxışını yüksək qiymətləndirib.
Offsideplus.az xəbər verir ki, Andreev Batrakovun Türkiyədə göstərdiyi oyunun böyük zövq verdiyini bildirib. O qeyd edib ki, Batrakov 13 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb və bu cür parlaq debüt heç kimin gözləmədiyi bir uğurdur. "O, çox istedadlıdır və inkişaf etməyə davam edəcək. Açığı, mən düşünürdüm ki, ona uyğunlaşmaq üçün vaxt lazım olacaq. Hazırda Batrakov Avropada Rusiya futbolunun ən yaxşı təbliğatçısıdır. Təəccüblü deyil ki, türklər Kislyakı da almaq istəyirlər. İndi digər rusiyalı istedadlı futbolçulara da diqqət artacaq", – deyə Andreev vurğulayıb.
1 mənbə
