Ana və iki yaşlı övladı 25-ci mərtəbədən yıxılaraq ÖLDÜ


Rusiyada ana və iki yaşlı övladı çoxmərtəbəli binanın balkonundan yıxılaraq ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Hadisə Moskva vilayətinin Lyubertsı şəhərində, “Ostrovtsı” yaşayış kompleksində saat 19:00 radələrində baş verib.
Məlumata görə, 26 yaşlı Kristina və iki yaşlı övladı binanın ümumi balkonundan yıxılıb. Onların hər ikisi binanın girişində ölü vəziyyətdə aşkarlanıb.
Qadının hadisədən əvvəl məktub yazdığı, orada ana və həyat yoldaşı rolunun öhdəsindən gələ bilmədiyini qeyd etdiyi bildirilir.
Həyat yoldaşının sözlərinə görə, ailədə hər şey qaydasında olub və münaqişə yaşanmayıb. Hadisə zamanı o, işdə olub və baş verənlərdən başqalarının vasitəsilə xəbər tutub.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma Moskva vilayəti prokurorluğunun nəzarətindədir.
Xuraman Etibarlı
İnterpress.az
