AMB rəsmisi: "Bahalı proqram təminatı kibertəhlükəsizliyi təmin etmir"


Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bahalı proqram təminatı kibertəhlükəsizliyi təmin etmir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri Akif Bağırov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransı (ICCD 2026) çərçivəsində panel müzakirələrdə bildirib.
"Kibertəhlükəsizlik dedikdə ağıla mürəkkəb texnologiyalar və bahalı proqram təminatları gəlir. Bəli, texnologiya bu sahənin ayrılmaz hissəsidir. Ancaq təcrübə və qlobal insidentlərin təhlili göstərir ki, texnologiya təkbaşına təhlükəsizliyi təmin etmir. Kibertəhlükəsizlik sadəcə texnoloji problem deyil, həm də təşkilatın fəaliyyətinin, iş proseslərinin, bütövlüyünün və yetkinlik səviyyəsinin göstəricisidir. Əgər bir təşkilatda kibertəhlükəsizliyi davamlı və dayanıqlı sistemə çevirmək istəyiriksə, üç təməl sütuna ehtiyacımız var. Bunlar rəhbərliyin dəstəyi, düzgün maliyyə investisiyaları və peşəkar komandadır", - deyə o qeyd edib.
