Almaniyada işsizlərin təlim kurslarına ayrılan vəsait 113% artıb


Almaniyada işsiz şəxslərin ixtisasartırma və yenidənhazırlanma proqramlarına ayrılan dövlət vəsaiti 2023-cü illə müqayisədə 113 faiz artaraq 2026-cı ildə 4,12 milyard avroya çatıb.
“Bild” nəşrinin məlumatına görə, Federal Əmək Agentliyinin maliyyələşdirdiyi proqramlar arasında əmək bazarında tələbatın az olduğu bahalı kurslar da mövcuddur.
Bunlara vizaj, yoqa və tatuaj üzrə təlimlər daxildir.
Bildirilib ki, qurumun bu istiqamətdəki xərcləri üç il əvvəllə müqayisədə 2,2 milyard avro artıb.
Eyni dövrdə işsizlik müavinətlərinə ayrılan vəsait isə 36 faiz artaraq 25,66 milyard avroya yüksəlib.
Almaniyanın Federal Hesablama Palatası büdcə vəsaitlərinin istifadəsini tənqid edib.
Qurumun yoxlamasına əsasən, rəsmi ixtisas verməyən kursların maliyyələşdirilməsi ilə bağlı araşdırılan halların 68 faizində həmin bacarıqlara əmək bazarında tələbat olduğunu təsdiqləyən sübutlar aşkar edilməyib.
