Almaniya XİN rəhbəri: Ukrayna münaqişəsi həll olunarsa, enerji qiymətləri yenidən ucuzlaşacaq
İnfoaz.mediainfoaz


19.11.2026 - 20:32
Almaniyanın xarici işlər naziri Yohann Vadeful ölkədə bahalaşma və enerji qıtlığı ilə bağlı danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, nazir Almaniya vətəndaşlarının həyatın bahalaşdığını və enerji resurslarının çatışmazlığını hiss etdiklərini bildirib.
Vadefulun sözlərinə görə, Ukraynada münaqişənin həlli və Rusiyanın təcavüzkar kimi öz məqsədlərinə nail ola bilməməsinin aydınlaşması enerji qiymətlərinin yenidən aşağı düşməsinə şərait yarada bilər.
O vurğulayıb ki, Almaniya hücuma məruz qalan tərəfin, azadlığın və təhlükəsizliyin yanında dayanmaqla düzgün yol seçib.
Rauf
Report+22 mənbə