Almaniya Rusiyanı qıcıqlandırmamaq üçün bu addımı atdı - Foto


Almaniya Rusiyanı təxribata çəkməmək məqsədilə Litvaya hərbi texnikanın və qoşunların köçürülməsi planına dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Almaniya tanklarını Polşa ərazisindən müstəqil şəkildə hərəkət etdirmək əvəzinə, “Grand Eagle 26” hərbi təlimlərinə dəmir yolu ilə çatdıracaq.
Almaniyanın təhlükəsizlik strukturlarındakı mənbələrin nəşrə bildirdiyinə görə, Belarus sərhədi yaxınlığında Baltikyanı ölkələr istiqamətində hərəkət edən alman zirehli texnikasının fotoları Vladimir Putin üçün təbliğat vasitəsinə çevrilə bilər.
Bununla belə, təlimlərin əsas məqsədlərindən biri real təhlükə yaranacağı təqdirdə qoşunların daşınması və logistika imkanlarını sınaqdan keçirməkdir.
Litvada keçirilən “Grand Eagle 26” və “Freedom Shield 26 II” təlimlərinə 6 mindən çox hərbçi cəlb olunub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
