Aİ "Temu"nu cəzalandırmağa hazırlaşır


İQTİSADİYYAT
17.11.2026, 16:28
Avropa İttifaqı (Aİ) Çinin elektron ticarətdə mühüm yer qazanmış "Temu" onlayn alış-veriş platformasını cəzalandırmağa hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Aİ Kmissiyası məlumat yayıb.
Komissiya platformanı qanunsuz məhsulların satışının qarşısını almaq üçün kifayət qədər tədbir görməmədə ittiham edir.
Bildirilir ki, platformanın məhsulun təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlayan auditləri, məzmun moderasiya sistemi və satıcılara tətbiq etdiyi sanksiyalar qeyri-kafi vəziyyətdədir.
Bundan başqa, "Temu" daha bir neçə qanunu pozmaqda ittiham olunub.
Samir MUSAYEV
mia.az