Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək


Avropa Komissiyası gələn həftə Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə keçirilən mətbuat konfransında bəyan edib.
“Bununla paralel olaraq, 22-ci sanksiyalar paketi üzərində iş davam edir. Onu gələn həftə təqdim edəcəyik”, – deyə Avropa Komissiyasının rəhbəri qurumun audiovizual xidmətinin saytında yayımlanan videoda bildirib.
O, həmçinin Avropa Komissiyasının 2027-ci ildə Ukraynaya əlavə olaraq 45 milyard avro maliyyə vəsaiti ayrılmasını təklif etdiyini açıqlayıb.
Bu məbləğin 20 milyard avrosunun büdcə dəstəyinə, 25 milyard avrosunun isə hərbi ehtiyaclara yönəldilməsi nəzərdə tutulur. Kredit gələn il Ukraynada yaranacağı gözlənilən maliyyə kəsirinin üçdə ikisini qarşılayacaq.
Mövsüm,
AzNews.az
Dərc vaxtına görə