Aİ Rusiyanın dondurulmuş aktivlərindən istifadə edəcək


Avropa Komissiyası Ukraynaya ayrılan ümumavropa kreditlərinin xidmət xərclərini qarşılamaq üçün Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərdən istifadə etməyi planlaşdırır.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
“Biz artıq dondurulmuş aktivlərdən əldə olunan gözlənilməz gəlirlərin istifadəsini nəzərdə tutmuşuq. Hazırda həmin vəsaitlər “Böyük yeddilik” (G7) ölkələrinin kreditlərinin ödənilməsinə yönəldilir. Yeni təklifimizdə də bu gəlirlərdən sözügedən kreditə xidmət göstərilməsi üçün istifadə etmək imkanı nəzərdə tutulub”, – deyə o, Brüsseldə 2027-ci il üçün Ukraynaya yeni maliyyə dəstəyi proqramını təqdim edərkən keçirilən mətbuat konfransında bildirib.
Fon der Lyayen, həmçinin Avropa İttifaqının öz istehsal güclərini genişləndirməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, SAFE proqramı və ya mümkün ikinci kredit çərçivəsində həyata keçiriləcək birgə layihələr ortaq müəssisələrin yaradılmasına töhfə verməli, bu müəssisələr isə gələcəkdə investisiyaların geri qaytarılmasını təmin etməlidir.
Mövsüm,
AzNews.az
Dərc vaxtına görə
