Aİ qaz və neft idxalında metan qaydalarının tətbiqini iki il təxirə salır


19 noyabr 2026, cümə axşamı Bakı: 15°C
Energetika
19.11.2026, 23:44
Avropa İttifaqı neft, təbii qaz və kömür idxalı ilə bağlı metan emissiyalarının monitorinqinə dair bəzi tələblərin tətbiqini iki il təxirə salmaq barədə razılığa gəlib. Plat.az Avropa İttifaqı Şurasının rəsmi məlumatına istinadən xəbər verir ki, qərar enerji təchizatının təhlükəsizliyini qorumaq və bazardakı dəyişikliklərə uyğunlaşmaq məqsədi daşıyır. Yeni razılaşmaya əsasən, idxalçılar üçün monitorinq, hesabat və yoxlama öhdəlikləri 2027-ci il əvəzinə 2029-cu il yanvarın 1-dən qüvvəyə minəcək. Metan emissiyalarının intensivliyi ilə bağlı hesabat tələbləri isə 2028-ci ildən 2030-cu il avqustun 5-dək təxirə salınacaq. Tərəflər bu müddət ərzində qaydaların tətbiqi üçün zəruri mexanizmlərin hazırlanmasını nəzərdə tuturlar. Razılaşma hələ Avropa İttifaqı Şurası və Avropa Parlamentinin rəsmi təsdiqindən keçməlidir. Metan qlobal istiləşməyə təsir edən əsas qazlardan biri hesab olunur və onun azaldılması Aİ-nin iqlim siyasətinin mühüm istiqamətlərindəndir.
PLAT.AZ
Redaksiya
Bizi izləyin: TikTok-da bizi izləyin TikTok Keçid et
1 mənbə