Ağdam şəhərinin iqtisadi göstəriciləri və bərpa prosesi müzakirə olunub


11 mənbə əsasında
Milli Məclisin deputatı Vüqar Bayramov Ağdam şəhəri günü ilə əlaqədar bölgədə aparılan bərpa işləri və iqtisadi göstəricilər barədə açıqlama verib. O bildirib ki, Zəfərdən sonra Ağdamın iqtisadiyyatı səkkiz dəfə böyüyüb və ümumi məhsul buraxılışı 1,5 milyard manata çatıb. Eyni zamanda tikinti sektorunda altmış dəfədən çox, sənaye məhsulunun dəyərində isə on yeddi dəfə artım qeydə alınıb. Rayonda istehsal olunan məhsulların bir sıra ölkələrə ixrac edildiyi və gələcəkdə Avropa İttifaqı bazarlarına da çıxarılacağı nəzərdə tutulur.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Ağdamın iqtisadiyyatı Zəfərdən sonra 8 dəfə böyüyüb
Sabah Ağdam Şəhəri Günüdür. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd olunur. Bakıvaxtı.az xəbər verir ki, işğal dövründə dağıdılaraq xarabalığa çevrilən Ağdam şəhəri bu gün yenidən qurulur, dirçəlir və Azərbaycanın iqtisadi xəritəsində mühüm mərkəzlərdən birinə çevrilir. Zəfərdən sonra digər azad edilmiş ərazilər kimi, Ağdamda da genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. Görülən işlər rayonun iqtisadi göstəricilərində də ciddi artımla müşayiət olunur. Milli Məclisin deputatı Vüqar Bayramov Bakıvaxtı.az -a açıqlamasında bildirib ki, Zəfərdən sonra Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb. Onun sözlərinə görə, rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 1,5 milyard manata çatıb. Tikinti sektorunda isə 60 dəfədən çox artım qeydə alınıb. Bu göstərici birbaşa rayonun yenidən qurulması və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlıdır. Deputat qeyd edib ki, 2025-ci ildə yalnız Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 17 dəfə artım deməkdir. Kənd təsərrüfatında isə istehsal həcmi iki dəfə yüksəlib. Vüqar Bayramovun sözlərinə görə, Ağdamda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya da daxil olmaqla, geniş coğrafiyaya ixrac edilir. Deputat vurğulayıb ki, Ağdam rayonu yalnız Qarabağın deyil, bütövlükdə regionun əsas sənaye mərkəzlərindən birinə çevrilməkdədir. Onun fikrincə, rayonda istehsal olunan məhsullar yaxın gələcəkdə Avropa İttifaqı ölkələri də daxil olmaqla, inkişaf etmiş dövlətlərin bazarlarına çıxarılacaq. Natiq Şəkinski
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə
