Ağdamda yeni yaşayış binaları tikiləcək


Ağdam şəhəri 3-cü faza üzrə yaşayış məhəllələrinin tikintisi layihəsi çərçivəsində bir sıra yaşayış binalarının tikinti işləri həyata keçiriləcək.
Plat.az xəbər verir ki, bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti publik hüquqi şəxsi işlərə start verir.
İşin icrasına 135 milyon 491 min 453 manat xərclənməsi nəzərdə tutulur.
Layihə çərçivəsində 437, 438, 439, 440, 442,443, 444 saylı məhəllələr üzrə yaşayış binalarının tikinti işlərinin aparılması planlaşdırılır.
Dərc vaxtına görə
