Ağdam üçün 135 milyon pul ayrılır
Günün SəsiŞəbnəm

1 dəq oxu
Xəbər
Ağdamda 7 məhəllə üzrə yaşayış binalarının tikintisi üçün 135,5 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti açıq tender elan edib.
Layihə çərçivəsində Ağdam şəhərində 437, 438, 439, 440, 442,443, 444 saylı məhəllələrdə yaşayış binaları tikiləcək.
Tenderin ehtimal olunan qiyməti 135 milyon 491 min 453,82 manatdır.
Tender üzrə təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi dekabrın 12-nə təyin edilib.
Gununsesi.info
Bu xəbəri 2 mənbə yazıb
Dərc vaxtına görə
- Orijinal
- Orijinal
Günün Səsioxuduğunuz
Ağdam üçün 135 milyon pul ayrılır



