AFFA millinin ardıcıl qələbələrinə biganə qalmadı – DƏQİQ RƏQƏM
İdmanXəbəradmin


Azərbaycan U-21 millisi yoxlama oyunlarında qalib gəldiyi üçün pul mükafatı əldə edəcək.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, AFFA yığma komandamızın Oman U-23 millisi üzərindəki qələbələrinə biganə qalmayıb. Federasiya rəhbərliyi hər oyun üçün futbolçulara 2 min manat “premya” ayırıb.
Beləliklə, Omanın 23 yaşlılardan ibarət millisini iki görüşdə də məğlub edən (4:2, 2:1) Azərbaycan U21 yığmasının üzvləri 4 min manat pul mükakafatı əldə edib.
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43
