“Adlarını birinci görməyəndə stres keçirirlər” - Zahid Oruca söz atdı


Milli Məclisin bu gün keçirilən iclasında deputatlar arasında çıxış etməklə bağlı fikir ayrılığı yaranıb.
Plat.az xəbər verir ki, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun layihəsinin müzakirəsiz səsə qoyulmasını təklif edib və təklif səsə qoyularaq qəbul edilib.
Lakin deputat Hikmət Məmmədov çıxış üçün sədrdən söz istəyib: “Doğrusu, çıxış siyahısında adını birinci görməyə alışan dostlarımız, adlarını birinci görməyəndə narahat olur və stres keçirirlər. Məncə, bu doğru deyil. Sizə deyirəm, Zahid müəllim!”
Dərc vaxtına görə
