Abşeronda yük avtomobillərindən 10 320 manatlıq naqil və akkumulyator oğurlanıb


Vətənim Media xəbər verir ki, Abşeron rayonunda yük avtomobillərindən ümumi dəyəri 10 320 manat olan naqil və akkumulyator oğurlanıb.
DİN-in APA-ya verdiyi məlumata görə, polisə daxil olan məlumat əsasında keçirilən tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş P. Allahverdiyev saxlanılıb. Araşdırma zamanı onun rayonun müxtəlif yerlərində nəqliyyat vasitələrindən oğurluq etdiyi müəyyənləşib.
Faktlarla bağlı cinayət işi başlanıb, araşdırma davam etdirilir.
Əsas mənbə: APA
1 mənbə