ABŞ Prezidenti: Nüvə silahlarından imtina etmək çətindir


BAKI, 19 noyabr. TELEQRAF
“Nüvə silahına malik olan ölkələrin ondan imtina etmələri çətindir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirilən üçtərəfli görüşdə bildirib.
“Açığını desəm, bunu etmək çox çətindir. Çünki nüvə silahına sahib olduqdan sonra ondan imtina etmək çox çətin olur. Ölkə lideri olaraq bu silahdan əl çəkmək olduqca çətindir. Buna görə də bunu həyata keçirmək asan deyil”, - Tramp qeyd edib.
Dərc vaxtına görə
Teleqraf.azoxuduğunuz
ABŞ Prezidenti: Nüvə silahlarından imtina etmək çətindir
