ABŞ nümayəndələri Ukrayna gündəmi ilə Berlinə gedir


ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Steve Witkoff və Jared Kushner Almaniyanın paytaxtı Berlində Avropa liderləri ilə görüşəcək.
Kuşner virtual media hesabından verdiyi açıqlamada Vitkoffla birlikdə “Könüllülər Koalisiyası” toplantısında iştirak etmək üçün Berlinə gedəcəklərini bildirib.
izmedia.az xəbər verir ki, ukraynada daimi sülhün bərqərar edilməsinə yönəlmiş təmaslarda Kiyevə təhlükəsizlik təminatı, Avropada sabitliyin möhkəmləndirilməsi və gələcək münaqişələrin qarşısının alınması məsələlərinin gündəmdə olacağını bildirən Kuşner danışıqların prioritetləri ilə bağlı aşağıdakı açıqlamaları verib:
"Bizim prioritetimiz Ukrayna və Avropa ilə koordinasiyanı gücləndirmək, davamlı sülhün əsas elementləri üzrə ortaq mövqe hazırlamaq və çoxtərəfli danışıqların gündəliyini müəyyən etməkdir. Prezident Donald Tramp müharibəyə son qoymaqda qərarlıdır".
