ABŞ-nin böyük banklarına HÜCUM


Ajans.az xəbər verir ki, bu barədə məşhur onlayn xidmətlərin fəaliyyətindəki nasazlıqları izləyən “Downdetector” portalı məlumat yayıb.
Məlumata görə, “J.P. Morgan”, “Bank of America”, “Wells Fargo”, “Chase Bank” və “US Bank”ın müştəriləri xidmət kəsintilərindən şikayət ediblər.
Şikayətlərin ümumi sayı 7 200-ü ötüb. Ən çox müraciət “Chase Bank”la bağlı qeydə alınıb. Belə ki, bu bankın müştərilərindən 4 400-dən çox şikayət daxil olub.
İstifadəçilər əsasən bank əməliyyatlarının həyata keçirilməsi və hesablarındakı vəsaitlərin düzgün əks olunmaması ilə bağlı problemlər yaşadıqlarını bildiriblər.
1 mənbə
