ABŞ Hərbi Hava Qüvvələri qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib


ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığı döyüş başlığı olmayan “Minuteman III” qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib.
Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığının çərşənbə günü yaydığı açıqlamada bildirilib.
Açıqlamada qeyd olunub ki, sınaq buraxılışı ABŞ-nin Sakit okean vaxtı ilə çərşənbə axşamı saat 23:01-də Kaliforniyada yerləşən Vandenberq Kosmik Qüvvələr bazasından həyata keçirilib.
Komandanlıq sınağın bir neçə il əvvəl planlaşdırıldığını və dünyada baş verən hadisələrlə əlaqəli olmadığını vurğulayıb.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
