ABŞ-də somali əsilli Uber sürücüsü adına görə DÖYÜLDÜ


ABŞ-də Uber sürücüsü adına görə hücuma məruz qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Amerika-İslam Münasibətləri Şurası (CAIR) məlumat yayıb.
ABŞ-nin Minnesota ştatında somali əsilli Uber sürücüsü Məhəmməd Yusuf sərnişin tərəfindən döyülüb. Bildirilir ki, sərnişin sürücünün adını öyrəndikdən sonra ona hücum edib.
Yaxınlarının sözlərinə görə, ağır xəsarətlər alan Yusuf xəstəxanaya yerləşdirilib və komaya düşüb.
Hücum edən şəxs əvvəlcə sürücünü boğmağa çalışıb, daha sonra isə onu öz avtomobili ilə vurmaq istəyib.
Polis sürücünün həyat üçün təhlükəli xəsarətlər aldığını bildirib. Şübhəli saxlanılıb. İstintaqçılar hücumun nifrət zəminində törədilib-törədilmədiyini araşdırırlar.
ABŞ Nümayəndələr Palatasının üzvü İlhan Ömər bildirib ki, “Somali icmasının insanlığa zidd şəkildə təqdim edilməsinin real nəticələri var”.
Xuraman Etibarlı
İnterpress.az

Report+1 mənbə