ABŞ-də helikopter yamaca çırpıldı

1 dəq oxu
Xəbər
ABŞ-nin Kaliforniya ştatının Temekula şəhərində “Robinson R22” tipli helikopterin yamaclı əraziyə düşməsi nəticəsində iki nəfər ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şərabçılıq təsərrüfatlarının yaxınlığında qeydə alınıb.
Federal Aviasiya Administrasiyasının məlumatına görə, “Robinson R22” helikopteri yamaca çırpılıb. Hadisə yerinə çatan qurumlar göyərtədə olan hər iki nəfərin həyatını itirdiyini təsdiqləyiblər.
Qəzanın səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə
1 mənbə



