19 noyabr 2026
11:43
ABŞ-də 2026-cı ilin Milli Kitab Mükafatlarının qalibləri açıqlanıb.
Kulis.az xəbər verir ki, bədii ədəbiyyat kateqoriyasında Anna Lillit Assadinin “Paradiso 17” romanı qalib gəlib.
Qeyri-bədii ədəbiyyat üzrə mükafat isə Misir əsilli yazıçı Abdelrahman Elqendinin “Huna: İnqilab, həbsxana və özünü tapmaq haqqında xatirələr” kitabına verilib.
Mərasimin ən diqqətçəkən məqamlarından biri Elqendinin ABŞ vizası ala bilməməsi olub. Buna görə də yazıçının mükafatlandırma mərasimində iştirakı mümkün olmayıb, onun qəbul nitqini isə redaktoru səsləndirib. Suriyalı yazıçı Samar Yazbek də viza problemi ilə üzləşən namizədlər arasında olub.
Beləliklə, builki mükafat mərasimi yalnız ədəbiyyat uğurlarına deyil, yazıçıların beynəlxalq səfərləri və viza məhdudiyyətləri ilə bağlı problemlərə də diqqət çəkib.
18 dəfə oxunub
Oxşar xəbərlər