ABŞ-da aviasiya sənayesinə xəbərdarlıq: “Şükran günündən əvvəl 11 sentyabr cəhdi ola bilər”


Birləşmiş Ştatlardakı təhlükəsizlik agentlikləri aviasiya sənayesini Əl-Qaidə ilə əlaqəli hücumlara çağırışlarla bağlı xəbərdar edib.CNN İnternational-ın əldə etdiyi hesabatda, sentyabr ayında Təl-Əvivə uçan təyyarəni qaçırma cəhdindən sonra oxşar hücumlar üçün çağırış edildiyi bildirilib.
ABŞ-ın təhlükəsizlik agentlikləri Əl-Qaidə ilə əlaqəli hücumlara çağırışlar səbəbilə aviasiya sənayesinə xəbərdarlıq edib.CNN International-ın əldə etdiyi hesabat sərnişin və yük hava yolu şirkətlərinə və hava limanlarına göndərilib.FTB, Daxili Təhlükəsizlik Departamenti və Nəqliyyat Təhlükəsizliyi İdarəsi birgə hesabat hazırlayıb.
izmedia.az xəbər verir ki, məlumata görə, Əl Qaidə ilə əlaqəli qruplar və təşkilatın tərəfdarları sentyabr ayında Təl-Əvivə gedən Flydubai təyyarəsinin qaçırılması cəhdini tərifləyən mesajlar dərc ediblər.Bu mesajlarda ABŞ, İsrail və yəhudilərlə əlaqəsi olduğu düşünülən hədəflərə qarşı oxşar hücumların təşkili çağırışı edilib.
İsrailin baş naziri Benyamin Netanyahunun açıqlamasına görə, Dubaydan Təl-Əvivə gedən təyyarənin kokpitində pilotlardan biri digər pilota hücum edib.Netanyahu bildirib ki, yaralanan pilot cavab verib və təyyarənin vurulmasının qarşısını alıb.Təcavüzkar pilot saxlanılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə CNN International-a bildirib ki, hazırda konkret və etibarlı hücum təhlükəsi məlum deyil.Hesabatda aviasiya sektoru işçilərindən şübhəli vəziyyətləri gecikmədən təhlükəsizlik qüvvələrinə bildirmələri istənilib.Xəbərdarlıq Şükran günü bayramı öncəsi edilib.
