9 mərtəbəli binada qaz dəhşəti: 20-yə yaxın sakin zəhərləndi


İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib.
Publika.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə şəhərin Pendik rayonunda qeydə alınıb.
Məlumata görə, 9 mərtəbəli binanın sakinləri təbii qazdan zəhərləniblər. Zərəçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları, təcili yardım, qaz idarəsinin işçiləri cəlb olunub.
Digər sakinləri təxliyə edilən bina giriş-çıxış üçün bağlanıb.
Faktla bağlı araşdırma aparılır.
Report+3 mənbə