6 milyard dollarlıq maliyyə şirkəti satılır


ABŞ-ın maliyyə texnologiyaları sektorunda 6 milyard dollarlıq iri satınalma razılaşması əldə olunub. TPG investisiya şirkəti və Corpay ödənişlər qrupu BILL Holdings şirkətini birgə satın almaq barədə razılığa gəliblər.
Plat.az Reuters-ə istinadən xəbər verir ki, müqaviləyə əsasən, BILL şirkətinin hər bir səhmi üçün 63,25 dollar ödəniləcək. Razılaşmanın ümumi kapital dəyəri təxminən 6 milyard dollar qiymətləndirilir. TPG şirkətdə əsas payı əldə edəcək, Corpay isə 1,1 milyard dollarlıq investisiya ilə təxminən üçdəbir paya sahib olacaq. Təklif BILL səhmlərinin əvvəlki 60 günlük orta bazar qiymətindən 31 faiz yüksəkdir. Şirkətin satınalma prosesi 2027-ci ilin ilk yarısında səhmdarların və müvafiq tənzimləyici qurumların razılığından sonra başa çatdırılmalıdır. Əməliyyat tamamlandıqdan sonra BILL birjada açıq səhmdar şirkəti statusunu itirərək özəl şirkətə çevriləcək.