6,9 bal gücündə zəlzələ bu ölkəni silkələdi


Peruda 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 370 mindən çox əhalisi olan Huankayo şəhərindən 111 kilometr şimal-qərbdə yerləşib.
Yeraltı təkanların ocağı 118 kilometr dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, zəlzələnin mümkün fəsadları barədə hələlik məlumat verilməyib.