36 ölkədə PlayStation xidmətlərində nasazlıq qeydə alınıb


Vətənim Media xəbər verir ki, noyabrın 18-də dünyanın müxtəlif ölkələrində PlayStation istifadəçiləri hesablara daxil olmaq, serverlərə qoşulmaq, oyunları yükləmək və yeniləməkdə çətinlik çəkiblər. APA-nın məlumatına görə, problem Game Streaming xidmətinə də təsir edib.
ABŞ, Fransa, Almaniya, İsveç, Polşa və Braziliya daxil olmaqla 36 ölkədən şikayətlər daxil olub. Nasazlığın GTA VI-nın təqdimatı ərəfəsində çoxsaylı oyunçunun eyni vaxtda platformaya qoşulması ilə bağlı ola biləcəyi ehtimal edilir. Sony problemin konkret səbəbini açıqlamayıb.
Əsas mənbə: APA