3000 manatadək əməkhaqqı ilə baş mühasib və filial müdiri axtarılır
PostMediaadmin


İki şirkət mühasibat və filial rəhbərliyi sahəsində işçi axtarır və ən yüksək əməkhaqqı 3000 manatdır.
"PostMedia" xəbər verir ki, bu barədə iş elanları saytlarında məlumat yerləşdirilib.
BElanda göstərilir ki, "PlasMetal" MMC baş mühasib axtarır. Əməkhaqqı 2500–3000 manatdır. Son müraciət tarixi 7 dekabrdır.
"İrşad" Şərur filialı üçün filial müdiri axtarır. Əməkhaqqı 1500 manat və bonus sistemidir. Son müraciət tarixi 17 dekabrdır.
Müraciət üçün ətraflı məlumat elanların yerləşdirildiyi saytlardadır.
📲 Xəbərləri ilk siz oxuyun — bizi izləyin