3 il öncə qəzaya düşdülər, Xankəndidə matçı nazirlə yanaşı izlədilər - FOTOLAR


Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov üç il sonra Xankəndiyə gedib.
Sportinfo.az xəbər verir ki, PFL prezidenti 2023-cü ildə Xankəndiyə - “Qarabağ” - MOİK oyununa gedərkən qəzaya düşmüşdü.
Qeyd edək ki, Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində - Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən qəzaya düşən mikroavtobusda Elxan Səmədovla yanaşı, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, Mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev, Texniki idman direktoru Elgiz Abbasov və PFL-in icraçı direktoru Zaur Hacı-Məhərrəmov olmuşdu.
Onlar "Xankəndi” - “Karvan-Yevlax” oyununu (0:2) gənclər və idman naziri Fərid Qayıbovla birgə izləyiblər.
1 mənbə
