3,7 milyonluq mənimsəmə işi:

3 dəq oxu
Xəbər
3 milyon 700 min manat mənimsəmədə ittiham olunan “Azenco” ASC-nin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəməsi keçirilib.
"Bakupost" Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrlik etdiyi prosesdə “Azenco"nun nümayəndəsi prosesin qapalı keçirilməsini istəyib. Müdafiə tərəfi qapalı prosesə əsas olmadığını deyib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra şirkətin mühasibi Azər Məmmədəliyev ifadə verib, bildirib ki, Vüqar Əliyevi 2020-ci ildə işə başladığı dövrdən tanıyıb.
Onun sözlərinə görə, Vüqar Əliyevin adına biznes-kart açılıb, həmin kart vasitəsi ilə qonaqların qarşılanması, hədiyyə alınması, digər xərclər ödənib. Şahid qeyd edib ki, kartdan 651 min manat vəsait xərclənib: "Biznes-kart məndə olmayıb. Amma şirkətə bağlı olduğu üçün kartdan istifadə etmişəm. Kartdan xərc çıxanda Vüqar müəllimə müvafiq məlumat çatırdı".
Şahidin sözlərinə görə, kassa-mədaxil orderlərini yazıb, 2021-2024-cü illər ərzində pulları Vüqar Əliyevə hissə-hissə çatdırıb.
Vüqar Əliyev bildirib ki, şirkətin bəzi işləri üçün nağd pula ehtiyacı yaranıb, bunu da Azər Məmmədəliyevlə aralarında fiziki köçürmə yolu ilə həyata keçiriblər: "Problem olanda özümüzdən pul qoymuşuq. Sonra öz pulumuzu götürmüşük. Buna görə nağd köçürmələr olub. Misal üçün, şirkətin 100 min manata ehtiyacı yaranıb. Öz aramızda kimdə nə qədər var, 20-30 min qoymuşuq, problemi həll etmişik, sonra pulumuzu geri almışıq. Azər Məmmədəliyev mühasibdir, bunu yaxşı bilir".
Azər Məmmədəliyevin sözlərinə görə, Vüqar Əliyev onlara nə qədər nağd pul lazım olduğunu deyib, onlar da aralarında pul toplayıblar, işi həll ediblər. Şahid qeyd edib ki, borcun ödənməsi üçün qəbzlər yazılıb.
Şahid bildirib ki, xüsusi ilə külli miqdarda mənimsəmə faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməmişdən əvvəl şirkətdə daxili araşdırma aparılıb. İdarə heyətinin sədrinə Vüqar Əliyevin kənar xərclər aparması ilə bağlı müraciət edilməyib.
Şahid müdafiə tərəfinin suallarını cavablandırarkən Etibar Pirverdiyevin şirkətə gəlişini görmədiyini deyib. Onun sözlərinə görə, Vüqar Əliyevin sərhədsiz səlahiyyətləri olub və bu səlahiyyəti ona "Azenco" idarə heyətinin sədri Hafiz Seyidov verib.
Vüqar Əliyev şahidə "Ulduz" metrosu yaxınlığında Etibar Pirverdiyevin ofisində iclas keçirmələri ilə bağlı sual verib. Şahid həmin iclasda iştirak etdiyini təsdiqləyib. Sorğu-sual zamanı məlum olub ki, şirkət iki il ərzində "Şahdağ" futbol klubunu maliyyələşdirib.
Daha sonra digər şahid, sahibkar Kamran Həsənov ifadə verib. Bildirib ki, 2020-ci ildə şirkət təsis edib, işğaldan azad olunmuş rayonlarda tikinti işləri görülməsi üçün başqa bir şirkətlə müqavilə bağlayıb, işlərin görülməsi üçün texnika lazım olub: "Mənə dedilər ki, "Azenco"da həmin texnikalar var. Mənə Əfqan müəllimin nömrəsini verdilər. Əlaqə saxladım, dedi ki, Vüqar müəllimlə danışıb, məsələni həll edəcək.
Mənbə
1 mənbə



