22 illik şirkət direktor dəyişimi üçün yığıncaq təşkil edir
Banker.azNurane


“Firuddin” firmasının təsisçilərinin ümumi yığıncağı 3 dekabr 2026-cı il saat 10:00-da keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə firmanın nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, qanuni təmsilçinin dəyişdirilməsi və digər təşkilati məsələlər daxildir.
Qeyd edək ki, şirkət 2004-cü ildən ölkə ərazisində fəaliyyət göstərir və 88 min manat nizamnamə kapitalına malikdir.
Yığıncaq AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev A, 528-ci məhəllə ünvanında keçiriləcək.
