2035-ci ildə dünyada müsəlmanların sayı xristianları ötəcək – Yeni proqnoz


2035-ci ilə qədər dünyada müsəlmanların sayı xristianların sayını üstələyəcək.
Azpostinfo bildirir ki, bu proqnozla Vaşinqtonda yerləşən qeyri-kommersiya analitik mərkəzi “Pew Research Center”in (Pew) mütəxəssisləri çıxış ediblər.
Bu tendensiyanın əsas səbəblərindən biri müsəlman qadınların, bir qayda olaraq, digər böyük dini qrupların nümayəndələri ilə müqayisədə daha çox uşaq dünyaya gətirməsidir. Pew-in məlumatına görə, 2020–2025-ci illərdə hər müsəlman qadına orta hesabla 3,1, hər xristian qadına isə 2,5 uşaq düşüb. Digər dini qruplarda isə bu göstərici orta hesabla 1,6 olub.
Mərkəzin hesablamalarına əsasən, 2020-ci ildə dünyada 2,27 milyard xristian və 2,02 milyard müsəlman yaşayıb. Proqnoza görə, 2035-ci ildə müsəlmanların sayı 2,57 milyarda, xristianların sayı isə 2,52 milyarda çatacaq. Mövcud tendensiya davam edərsə, 2070-ci ildə dünyada müsəlmanların sayı 3,6 milyardı ötəcək, xristianların sayı isə 3 milyarddan bir qədər az olacaq.
Pew-in proqnozuna görə, 2070-ci ilə qədər dünyada hindilərin sayı 1,2 milyarddan 1,4 milyarda, iudaizmin ardıcıllarının sayı isə 14 milyondan 18 milyona yüksələcək. Bununla belə, hər iki qrupun dünya əhalisi arasındakı payı azalacaq. Əksinə, buddizmin tərəfdarlarının sayının həm mütləq, həm də nisbi göstəricilərdə azalacağı gözlənilir. Onların sayı 324 milyondan 235 milyona düşəcək.
Araşdırmada bildirilir ki, özünü heç bir dinə aid etməyən insanların dünya əhalisindəki payı da 24 faizdən 17 faizə enəcək.
Nadir Talıblı
AzPost.az
Post navigation
1 mənbə