2027-ci il üçün İƏT Turizm Paytaxtı seçilmiş Lahor "İƏT Turizm Paytaxtı" titulunu Şuşadan rəsmi şəkildə təhvil alıb
Reportyor.aztoghrul


Pakistanın Pəncab Hökumətinin Turizm, Arxeologiya və Muzeylər üzrə katibi Sokrat Aman Rana, 2027-ci il üçün İƏT (İqtisadi Əməkdaşlıq Təşkilatı) Turizm Paytaxtı seçilmiş Lahorun bu statusu Şuşadan rəsmi şəkildə təhvil aldığı bağlanış mərasimində, Pakistan adından "İƏT Turizm Paytaxtı" titulunu qəbul edib.
Bu barədə Pakistanın Azərbaycandakı səfirliyi sosial media hesabında paylaşım edilib.
Mərasim çərçivəsində həmçinin İƏT-ə üzv dövlətlərin müxtəlif turizm potensialını nümayiş etdirən turizm sərgisi də təşkil olunub.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:02