13 ildən sonra: GTA 6 bu gün satışa çıxır, satış proqnozları rekord göstəricilər vəd edir


13 illik gözlənti və iki dəfə təxirə salınan buraxılış tarixindən sonra, "Grand Theft Auto VI" cümə axşamı satışa çıxarılır. Oyunun satışlarının rekord qıracağı gözlənilir.
Səkkiz ildən artıq müddət ərzində hazırlanan yeni oyun, hər bir ölkənin yerli vaxtı ilə çərşənbə günündən cümə axşamına keçən gecə yarısı "PlayStation 5" və "Xbox Series" konsollarında istifadəyə veriləcək.
GTA seriyasının yaradıcısı olan ABŞ şirkəti "Rockstar Games" yeni oyunla bağlı ilkin sifariş rəqəmlərini açıqlamasa da, ixtisaslaşmış "Sensor Tower" firmasının məlumatına görə, satışlar artıq 15 milyon nüsxəni keçib.
Analitiklərin fikrincə, oyun hələ satışa çıxmazdan əvvəl 1,5 milyard dollardan çox gəlir əldə etmiş ola bilər. Oyunun istehsal xərcləri isə 1 milyard ilə 1,5 milyard dollar arasında qiymətləndirilir ki, bu da videooyunlar tarixində görünməmiş bir rəqəmdir.
Britaniyanın "Omdia" tədqiqat şirkətinin proqnozuna əsasən, "GTA 6"nın satışları ilin sonuna qədər 3,2 milyard dollara çata bilər.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:06
