Əfqanıstan Pakistan sərhədinin bağlanmasından sonra yeni ticarət marşrutları axtarır
Kabil İran, Hindistan, Tacikistan və Azərbaycanla ticarəti genişləndirməyə çalışır. Dünya Bankının məlumatına görə, Pakistanla sərhəd-keçid məntəqələrinin bağlanmasından sonra Əfqanıstanın idxalının təxminən 97 faizi İran və Mərkəzi Asiya üzərindən həyata keçirilir.












